Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İlham Əliyev 2 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Simsar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən əlli doqquz min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,9 milyon (beş milyon doqquz yüz min) manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Simsar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib:

 

Ağaxanov Məhəmməd Sevzixan oğlu

Babayev Həmzə Şabanəli oğlu

Bəkirov Aydın Yavər oğlu

Cəfərov Kamal Namiq oğlu

Cəfərov Qiyas Nəbi oğlu

Əhmədov Vahid Oruc oğlu

Əmirov Fəxrəddin Əmiran oğlu

İsmayılov Kamran Kamal oğlu

Qədirov Məzahir Ağahüseyn oğlu

Orucov Ağaismayıl İsmayıl oğlu.

 






7 Noyabr, 2014  18:37 Baxılıb: 692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner