Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DSX Ağstafada hərbi hissə açdı

Ağstafada Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissə kompleksi, Şəmkir Sərhəd Dəstəsinin Ağgöl sərhəd komendantlığı və Təlim mərkəzi fəaliyyətə başlayıb.

APA-nın Qərb bürosunun xəbərinə görə, hərbi hissənin xidməti döyüş fəaliyyətinə başlamasına həsr olunan mərasimdə DSX-nin rəisi, Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev də iştirak edib. Elçin Quliyeva hərbi hissədə aparılan tikinti işləri ilə tanış olub. Ərazisi 12 hektardan çox olan hərbi hissədə 16 bina, 56 xidməti mənzil, 300 nəfərlik əsgər kazarması, yeməkxana , tibb məntəqəsi və texniki binalar inşa edilib. Elçin Quliyev Ağgöl sərhəd komendantlığı və təlim mərkəzində zabit-gizirlər üçün yaradılan şəraitlə tanış olub. Daha sonra taktiki təlimlər zamanı fərqlənmiş hərbi qulluqçulara medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hərbi hissənin döyüş fəaliyyətinə başlanması münasibəti ilə 4-6 noyabr tarixlərində xidməti ərazidə "Azərbaycan Respublikasının ərazisinə düşmənin terror təxribat qruplarının hücumlarının qarşısını alınması və məhv edilməsi" mövzusunda DSX-nin çevik hərəkət bölmələrinin, döyüş helikopterlərinin, zirehli texnikanın və zenit-raket komplekslərinin iştirakı ilə taktiki təlimlər də keçirilib.






7 Noyabr, 2014  16:31 Baxılıb: 821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner