Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Londonda Azərbaycan İncəsənəti Festivalı - FOTOLAR

Londonun möhtəşəm Royal Albert Hall`da Buta İncəsənət Mərkəzinin təşkil etdiyi Azərbaycan İncəsənətinin Londonda ikinci Buta Festivalı başlayıb.

Mərkəzdən Simsar.az-a verilən məlumata görə, açılış mərasimində xüsusi qonaq qismində tanınmış italyan tenor Andrea Boçelli çıxış edib.

Böyük Açılış Qala Konserti London Kral Orkestrinin müşayiəti ilə Azərbaycan və xaricdən olan müğənnilər və beynəlxalq musiqiçilərin iştirakı ilə xüsusilə seçilib. Konsert klassik musiqidən  ənənəvi muğama qədər,  Azərbaycanın duyğulu və emosional milli mahnısından Montreux mükafatının laureatı İsfar Sarabskinin qabaqcıl müasir cazına qədər bir çox müxtəlif  janrlarla fərqlənib.

İfaçılar sırasında məşhur sopranolar Joan Rodgers CBE və Burçin Savigne, tenor Jeffrey Lloyd-Roberts, habelə virtuoz skripkaçı Shlomo Mintz adını çəkmək olar.

İkinci Buta İncəsənət Festivalı beş ay ərzində davam edəcək və Londonda keçiriləcək müxtəlif tədbirləri əhatə edəcək. Bu tədbirlər çərçivəsində Azərbaycan xalçaçılıq sənətinin qədim texnikasından tutmuş, müasir fotoqrafların yaradıcılığı, caz musiqiçilərinin asan tanınan sədaları  və müasir immersiv teatr atmosferində canlı çıxışlarının həyəcanına qədər geniş spektrdə incəsənət nümayiş etdiriləcək.

Festival çərçivəsində  həmçinin Saatchi Galereyasında  və Louise Blouin Fondunda müasir incəsənət sərgiləri keçiriləcək. Eyni zamanda “Barbicandan Southwark Cathedral” qədər məkanlarda baş tutacaq çıxışlar Azərbaycan musiqisinin klassik janrından müasir janrına qədər tam spektrini əhatə edəcək. Festivalın boyunca, YARAT Müasir İncəsənət Məkanını təmsil edən yeddi rəssam öz əsərlərini Londonun ictimai yerlərində nümayiş etdirəcək.

Buta İncəsənət Mərkəzinin Direktoru Nəsib Piriyev festival haqda bildirmişdir: “Mən Londonun ən sevilən yerlərinin birində keçirilən tədbirlə ikinci Buta İncəsənət Festivalını açmağa şadam. Azərbaycanın zəngin və əsrarəngiz incəsənəti öz xalqı  və bölgədəki qonşuları tərəfindən çox sevilsə də, buna rəğmən hələ də dünyanın bir çox yerlərində nisbətən az tanınır. Azərbaycanın incəsənəti və ruhunu  Böyük Britaniyanın paytaxtına gətirməklə, Buta İncəsənət Mərkəzi irsimizi və inkişaf edən müasir pyeslərimizi Londonun dünya səhnəsində paylaşmaqdan sevinc hissi duyur.”

Simsar.az

 







7 Noyabr, 2014  16:08 Baxılıb: 995 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner