Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili girovluqdakı azərbaycanlılardan danışdı

Qənirə Paşayeva Bartın Universitetinin rektoruna Ermənistanın girov saxlayaraq əziyyət verdiyi  azərbaycanlılardan danışıb.

Simsar.az xəbər verir ki, Bartında səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Bartın Universitetinin rektoru  Prof. Dr. Ramazan Kaplanla görüşüb.  Universitetin rektoru Prof. Dr. Ramazan Kaplan qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini deyən  Bartın Universitetin rektoru Prof. Dr. Ramazan Kaplan Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, Bartın Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Bartın Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artmasından məmnuniyyət duyduqlarını və onların burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Q. Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Bartın Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Bartın  Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib və onlara dəstəyin hər zaman daha da artacağına ümid etdiyini və  azərbaycanlı tələbələrin də öz növbəsində Bartın Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Q. Paşayeva rektora  Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğalşılıq siyasətinin davam etməsi nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən  və Ermənistanın bir müddət əvvəl girov götürərək qətlə yetirdiyi Həsən Həsənov və bu gün də girov saxlayaraq əzyyətlər verdiyi Dilqəm Əhmədov və Şahbaz Quliyev  ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. O, rektora Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı tanıkların dilinden” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər kataloqunu  hədiyyə edib. Q. Paşayeva rektoru Azərbaycana dəvət edib. Rektor  dəvəti məmnuniyyətlə qəbul edib və Bartın Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva həmçinin Bartın Universitetində təhsil alan türk  gənclərlə də  görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında onların da  üzərinə böyük vəzifələr düşdüyünü bildirib.  Q. Paşayeva bir sıra türk tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.







7 Noyabr, 2014  16:05 Baxılıb: 750 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner