Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakı polisindən mitinq təşkilatçılarına xəbərdarlıq

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvllər - Fuad Qəhrəmanlı və Eldəniz Quliyev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞPİ) çağırılıblar.

F. Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, saat 15:30-da BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev onu qəbul edib.

S. Bağırov Milli Şuranın siyasi məhbuslara azadlıq tələbi ilə noyabrın 9-da 15:00-dan 17:00-a kimi Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

Milli Şura üzvlərinə bildirilib ki, mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa əlavə şüarların səslənməsinə, iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar.

F. Qəhrəmanlı bildirib ki, artıq mitinqin noyabrın 9-da keçirilməsi ilə bağlı qərar verilib

 






7 Noyabr, 2014  15:47 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner