Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vitse-prezident BANM-də olub

“Emerson Process Management” şirkətinin Marketinq və Tətbiqi Texnologiya üzrə vitse-prezidenti Trevis Heskesi Bakı Ali Neft Məktəbində olub və əməkdaşlıq proqramı çərçivəsində Ali məktəbin rəhbərliyi, müəllim-professor və tələbə heyətinin qarşısında təqdimatla çıxış edib.

Simsar.az xəbər verir ki, tədbiri açan BANM-in rektoru Elmar Qasımov ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanması Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək, qeyd edib ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətlərlə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssisləri BANM-də tədris prosesinə cəlb edilməsidir. Keçirilən tədbirin Emerson şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsinin ilk praktik addım olduğunu iştirakçıların diqqətinə çatdıraraq, rektor qeyd edib ki, bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.

Öz növbəsində “Emerson Process Management” şirkətinin vitse-prezidenti Trevis Heskesi BANM-nin rəhbərliyinə təşəkkür edərkən, bildirib ki, Ali Məktəbin tələbələri Azərbaycanın ən şanslı və gələcəyi parlaq insanlarıdırlar ki, məhz bu tədris ocağını seçib, Ali Məktəbə qəbul olunma prosesinin bütün mərhələlərini aşaraq, təcrübəli mütəxəssislərdən və müəllimlərdən müasir və yüksək biliklər alma şansını əldə ediblər. Proseslərin avtomatlaşdırılması sahəsinin mütəxəssisləri gələcəyin sənayə müəssisələrin beyinləri olaraq, texnoloji proseslərin lazımi səmtdə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etməkdə əhəmiyyətli rol oynayırlar. T.Heskesi öz çıxışında həmçinin qeyd etmişdir ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir. Bu baxımdan “Emerson” şirkəti, başqa şirkətlər kimi dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə çəçivəsində də, BANM ilə əməkdaşlıq şirkətin ilk təcrübəsidir.

Daha sonra Trevis Heskesi BANM-in rəhbərliyi, müəllim-professor heyəti və tələbələr qarşısında proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin sənayə müəssisələrində rolu və hədəflərin, “Emerson” şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə arxitekturası (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz idarəedilməsi haqqında geniş təqdimatla çıxış etdi.

Təqdimatdan dərhal sonra “Emerson” şirkətinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırdılar. Bundan başqa BANM-in seçilən tələbələrin yay təcrübəsini Türkiyədə, Rusiyada və İsveçrədə keçirilmə şansları olduğunu iştirakçıların nəzərinə çatdırılıb.

 






7 Noyabr, 2014  14:40 Baxılıb: 652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner