Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Sığorta haqlarının məbləği 8 dəfə artıb” - Elman Mehdiyev

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev "Azərbaycanda pensiya islahatları: yeni inkişaf mərhələsinin əsas hədəfləri" mövzusunda media nümayəndələri və eksperlərin iştirakı ilə görürüş keçirir.

Simsar.az xəbər verir ki, görüş zamanı DSMF sədri ölkə başçısının mzaladığı 4 noyabr 2014-cü il tarixli sərəncamla təsdiq olunan "2014-2020-ci illərə Azərbaycan Respublikasının pensiya təminatı sisteminin islahatı Konsepsiyası" barədə tədbir iştirakçılarına ətraflı məlumt verib.

E. Mehdiyev bildirib ki, bu gün ölkədə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir.

Fondun sədrinin sözlərinə görə, bu əsasda formalaşan DSMF-nun büdcəsi makroiqtisadi sabitlik şəraitində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir: “Son on il ərzində DSMF-nun büdcəsinə daxil olmuş sosial sığorta haqqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatıb. Bu artmalar, eləcə də pensiyaçıların sosial müdafiəsinin güclındirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli dərəcədə yüksəlib. Ötən il 3,9% təşkil etdiyi halda, 2014-cü ildə 5% nəzərdə tutulub. Hazırda 60 yaşdan yuxarı şəxslərin əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,52%-i qədər pensiya xərci düşür. Bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3 - 0,48) uyğundur".

Hüseyn İbadlı







7 Noyabr, 2014  14:33 Baxılıb: 716 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner