Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Paytaxt meriyasından mitinqlə bağlı AÇIQLAMA

Milli Şuranın noyabrın 10-na təyin etdiyi mitinqin vaxtı dəyişib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanmış müraciətdə bir neçə tarix üçün icazə istənilib: “Bakı Şəhər İcra Hakimiyyətindən Zaur Ramazanov mənə zəng edib soruşdu ki, sizin mitinqlə bağlı 9,10 və 16 noyabr tarixləri ilə bağlı müraciətiniz var, bunlardan hansı əsasdır. Mən də bildirdim ki, biz aksiyanı 10 noyabrda keçirmək istəyirik.Dünən isə Zaur Ramazanov yenidən zəng edib bildirdi ki, cavab hazırdır və müsbətdir, gəlib məktubu götürün. Biz də bunun əsasında mətbuata məlumat bildirdik. Bu gün bəlli olub ki, İcra Hakimiyyəti noyabrın 9-da aksiya keçirməyə razılıq verib”.

F. Qəhrəmanlı noyabrın 9-da mitinqin keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarın müzakirələrdən sonra veriləcəyini vurğulayıb.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya açıqlamasında Milli Şuranın noyabrın 10-na təyin etdiyi mitinq ətrafında yaranmış anlaşılmazlığa aydınlıq gətirib. Z. Ramazonov deyib ki, BŞİH-ə ünvanlanmış müraciətdə mitinq üçün noyabrın 9-10-u tarxiləri göstərilib. Onun sözlərinə görə, BŞİH müracəti araşdıraraq, mitinqin noyabrın 9-da keçirilməsinə razılıq versə də, qarşı tərəf rəsmi məktuba baxmadan, mətbuata noyabrın 10-da mitinq keçiriləcəyi barədə məlumatlar verib: “Cavab hazır olduqdan sonra, Fuad Qəhrəmanlıya məlumat verildi ki, məktubu götürün. O da mənə sual verdi ki, cavab müsbətdir? Mən də təsdiq etdim. Sonra bütün mətbuata məlumat veriblər ki, mitinq noyabrın 10-na razılaşdırılıb. Bu gün saat 12:30-a qədər məktuba verilən rəsmi cavabı hələ götürməmişdilər. Mən səhər saytlara baxanda, Fuad Qəhrəmanlıya zəng vurub öz iradımı bildirdim ki, hansı əsasla mətbuata bu cür məlumat verib? Axı, mən sadəcə cavabın müsbət olduğunu demişəm, vaxtı yox. Qayda budur ki, aksiya keçirən qurum rəsmi sənədi qəbul etdikdən sonra kütləvi informasiya vasitələrinə məlumat verməlidir. Dünən gün ərzində bir nümayəndə tapıb məktubu almaq üçün gəlməyiblər, amma mətbuata məlumat verirlər. Bu düzgün deyil”.

Hüseyn İbadlı







7 Noyabr, 2014  13:08 Baxılıb: 741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner