Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Həsən Ruhaninin Azərbaycan səfəri: Gözləntilər və Maraqlar – ŞƏRH

“İranla qərbin münasibətləri yumşalır. Bu münasibətlərin fonunda da Azərbaycan-İran münasibətlərinin yumşalması, inkişaf etməsi regionun və qlobal dünyanın mənafeyinə xidmət edir”.

Bunu Simsar.az-a açıqlmasında politoloq Elman Nəsirli İran prezidentinin Azərbayacana səfərinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, İranla münasibətlərin yaxşılaşmasının Azərbaycanı Avrasiya İttifaqına yaxınlaşdıracağı və Avropadan uzaqlaşdıracağı ilə bağlı səsləndirilən fikirlər yanlışdır:

“Bizim İranla münasibətimizin yaxınlaşması regionun xeyrinədir, həmçinin Avropanın və Amerikanın. Nəzərə alsaq ki, son zamanlar İranı nüvə proqramı ərafında müzakirələr prosesi daha intensiv xarakter alır, istisna deyil ki, noyabrın 24-də nəhayət ki, bu mürəkkəb problemin həlli yolunda mühüm addım atılsın və razılaşma əldə olunsun. Hətta situasiyanın qəribəliyi də ondadır ki, adətən İranın nüvə proqamı ilə bağlı məsələlərdə Tehrana yaxın tərəfdaşı qismində Rusiya və Çin çıxış edirdi və qərblə münasibətlər gərgin idi. Amma bu günlərdə İran prezidentinin müşaviri deyib ki, İranın nüvə proqramı ətrafında davam edən danışıqlar prosesinə mane olan tərəf qismində İranın köhnə dostları, Rusiya ilə Çin çıxış edir. Yəni bu iki dövlət öz maraqlarından çıxış edərək, yekun razlaşmanın əldə olunmasına mane olurlar. Bu artıq İranın dostları ilə münasibətlərində yeni tendensiyadır - qərblə istiləşmə, Rusiya və Çinlə soyuqlaşma”.

O qeyd edib ki, Azərbaycanla İranın münasibətlərinin müsbətə doğru inkişaf etməsi nəinki bizi Rusiyaya yaxnlaşdırıb, Avropadan uzaqlaşdırır: “Əksnə bu onu göstərir ki, İranla qərbin münasibətləri yumşalır və Azərbaycan da qərb üçün çox önəmli tərəfdaşdır. İkitərəfli münasibətlərin belə inkişafı bəzi mübahisəli məsələləri ortadan qaldıra bilər”.

E. Nəsirli vurğulayıb ki, İranın praqmatik siyasətçisi imicli prezidenti Həsən Ruhaninin Azərbayacana gəlməsi, iki tərəfli münasibətlərin geniş şəkildə müzakirəsi və müəyyən mübahisəli məsələlərdə ortaq məxrəcə gəlinməsi baxımından əhəmiyyətli səfərdir: “Həmçinin, balanslı siyast yürüdən İlham Əliyevin İrana səfəri də buna aiddir. Bu onu göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün potensial genişdir. Sadəcə bəzi məsələlərdə, əsasən Xəzərin statusu və Ermənistan-İran münasibətləri ilə bağlı məsələlərdə xeyli anlaşılmaz məqamlar var. Bu məsələlər ətrafında isə geniş fikir mübadilələri aparılacaq. Xəzərin statusu məsələsinə gəlincə isə İran prezidenti deyib ki, status məsələsi bu gün öz həllini tapmasa da, amma uzaq perspektivin məsələsi də deyil. Ona görə də hesab edirəm ki, bu dəfəki səfər zamanı həmin məsələnin həlli yolunda da önəmli adımlar atılacaq”.

E.Nəsirli onu da əlavə edib ki, bu danışıqlarda ən mühüm məsələ isə Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasətdir: “İran prezidentinin 2015-ci ildə keçriləcək “qondarma soyqiırm” tədbirlərinə dəvət edilməsi məsələsi də müzakirələrin əsas məsələsi ola bilər. Ermənistanın İranla münasibətlərinin dinamikləşməsi bizim milli maraqlarımıza ziddir”.

Vüsal Qarayev

 






7 Noyabr, 2014  12:52 Baxılıb: 1631 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner