Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Cənubi Qafqazın iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür” - NAZİR

“Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların kəşişməsində yerləşən bir ölkədir, müxtəlif etnik və dini icmalar arasında sülh şəraitində birgə mövcudluğun əsrlərlə davam edən ənənələrinin olması ilə fəxr edir”.

Simsar.az xəbər verir ki, bunu Avropa Şurasının Nazirlər Komitəsinin sədri və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun təbliğini xarici siyasətin prioritetləri səviyyəsinə qaldırıb: “Bu gün Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir və hal-hazırda Cənubi Qafqazın iqtisadiyyatının ümumilikdə 80 faizdən çoxu ölkəmizin payına düşür. Əhəmiyyətli neft və qaz resursları, eləcə də regional nəqliyyat mərkəzi kimi əsas mövqe Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfələrini daha da artırmağa imkan verir. Artan iqtisadi gücü ilə, Azərbaycan dünyada yardıma ehtiyacı olanlara kömək etməyi özünün mənəvi məsuliyyəti kimi hiss edir. Bu ruh bizi donor ölkə olaraq, Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə yardım etməyə yönləndirir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi hal-hazırda 20-dən çox ölkədə müxtəlif yardım proqramlarını həyata keçirməkdədir”.

 

Hüseyn İbadlı

 






7 Noyabr, 2014  12:26 Baxılıb: 685 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner