Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məşhur marketdən şikayət - "İyrəndik"

Bakı sakininin rastlaşdığı mənzərə onu güvəndiyi və müştərisi olduğu mağazadan iyrəndirib. Həmin müştəri paytaxtın məşhur mağazalar şəbəkəsində üzləşdiyi hadisə haqda Milli.Az-a yazıb. Müştəri yazır ki, Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsində ötən ay açılmış “Sərham” supermarketində şirniyyat alarkən gözləmədiyi halla üzləşib və mağazanı tərk edib:

"Mağazaya getmişdim, un məmulatları olan yerə getdim, bulka almaq istəyirdim. Amma gördüklərim məni iyrəndirdi. İçəri milçəklə dolu idi. Yazığıq axı. Yediyimiz, onsuz da, bəlli deyil. Heç olmasa, milçəyin iyrənciliyindən uzaq olaq”.

Marketin baş mühasibi Fəxrəddin Həsənov Milli.Az-a açıqlamasında bildirdi ki, mağazadakı vəziyyəti bilmək üçün, əslində, gəlib əsl vəziyyəti gözlə görmək lazımdır. Azərbaycanda o gözəllikdə market yoxdur, indi də quyruğuna milçək bağlayırlar?

F.Həsənov qeyd etdi ki, quyruğuna qərəzli şəkildə milçək bağlanan market cəmi 10-15 gün əvvəl açılıb: “Gəlin insanlara göstərilən xidmətə baxın. Belə gözəl, səliqəli, marketdə milçək qovalamaq lazım deyil. Yaxınlıqda siçan yuvasına oxşar, milçək kimi marketlər var. Onlar belə sözlər deyib insanları narahat etməsinlər. Mən də gedib hansısa market haqqında deyə bilərəm ki, qapısının ağzına eşşək bağlamışdılar. Siçan yuvalarına oxşar market sahibləri bizi biabır edirlər”.






7 Noyabr, 2014  12:25 Baxılıb: 707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner