Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azad Rəhimov vətəndaşlarla görüşdü

Gənclər və idman naziri Azad  Rəhimov Lənkəranda vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşüb.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından 30-dək vətəndaş iştirak edib.

Qəbul zamanı gənclər sahəsində edilən müraciətlər sırasında  QHT –in yaradılması üçün dəstək verilməsi, müxtəlif layihələrin dəstəklənməsi, yay istirahət düşərgələrinin təşkili,  məktəblərdə  hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının  keçirilməsi üçün bazanın yaradılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s istiqamətində olub.

Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, ölkədə beynəlxalq yarışların keçirilməsi idman sahəsində edilən müraciətlərlə bağlı ərizələr qəbul edilib.

Eyni zamanda, Gənclər Mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin tikilməsi, bəzi idman qurğularının təmiri sahəsində də təkliflər verilib.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.






7 Noyabr, 2014  12:23 Baxılıb: 619 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner