Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“41 uşaq övladlığa verildi” - Təhsil Nazirliyi

“2014-cü ilin 10 ayı ərzində rayon və şəhər icra hakimiyyətlərinin sərəncamına əsasən internat məktəblərindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə 31 uşaq qaytarılıb”.

Simsar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, bu ilin 10 ayı ərzində 13 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb: “Müvafiq Dövlət Proqramına əsasən uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələrə arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsi olaraq ölkə üzrə ümumilikdə 602 nəfər uşağın dövlət uşaq müəssisəsinə düşməsinin qarşısı alınıb”.

Nazirlikdən o da qeyd olunub ki, son 5 ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan və dövlət uşaq müəssisələrində yaşayan 41 uşaq övladlığa verilib.

 

Aysel Kərimova

 

 

 






7 Noyabr, 2014  12:13 Baxılıb: 903 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner