Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” adlı tədbir

Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi" adlı layihə çərçivəsində nəşr olunmuş Beynəlxalq Elmi Konfransın materiallarının təqdimatı keçirilib.

İctimai Birliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, layihənin əsas məqsədi müasir Azərbaycan və Türkiyə ədəbiyyatında yer alan “erməni məsələsi”ni geniş ədəbi mühitdə müzakirə obyektinə çevirərək bu mövzunu hər iki ölkə ictimaiyyətinin  diqqətində saxlamaqdır. Digər bir məqsəd isə iki qardaş ölkənin ədəbi mühitinin erməni məsələsinə baxışını, bu mövzuda yazılmış dəyərli əsərləri  müəyyənləşdirmək, onları elmi təhlilə cəlb etmək və ölkə ictimaiyyətinə təqdim etməkdir.

Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı qeyd edib ki, cari ilin 24-25 aprel tarixlərində azərbaycanlı və türkiyəli alimlərin, yazıçıların, tənqidçilərin iştirakı ilə "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi" adlı Beynəlxalq Elmi Konfrans keçirilib.

M. Babaşlı İctimai Birliyin fəaliyyəti, gördüyü işlər və layihənin mahiyyəti ilə bağlı geniş məlumat verərək layihənin əsas məqsədinin  “Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsinin hər iki ölkənin ədəbi mühitində tutduğu yeri, ədəbiyyatda “erməni məsələsi”nə baxışı, bu mövzuda qələmə alınmış  əsərləri müəyyənləşdirmək və uğurlu qələm məhsullarını ölkə ictimaiyyətinə təqdim etmək” olduğunu söyləyib.

Daha sonra, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi" layihəsinin çox əhəmiyyətli olduğunu və bu münasibətlə nəşr olunmuş Beynəlxalq Elmi konfrans materiallarının həm  bizlər, həm də gələcək nəsillər üçün əvəzolunmaz bir mənbə olduğunu bildirib.  Həmçinin ədəbi ictimaiyyət üçün əhəmiyyətli olan “erməni məsələsi”nin beynəlxalq konfrans səviyyəsində  elmi müzakirəyə çıxardığına görə GEAD İctimai Birliyinə təşəkkür edib.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Türkiyə Cümhuriyyəti səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan iştirak ediblər.

Sonda “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” adlı Beynəlxalq Elmi konfransın materialları iştirakçılara təqdim olunub.

Simsar.az

 







7 Noyabr, 2014  12:00 Baxılıb: 1769 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner