Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Asim Mollazadə: “Deputatlar belə təşvişə düşdülər ki...”

“Azərbaycanda müvafiq islahatlar aparılmasa xalqın səhiyyə, elm və təhsil sahəsindəki problemləri həll olunmayacaq”.

Simsar.az-ın məlumatına görə, bunu Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə 2015-ci ilin dövlət büdcəsi zərfinə münasibət bildirərkən deyib.

A.Mollazadə bildirib ki, məktəbəqədər təhsildən başlamaqla orta, peşə və ali təhsilin inkişafına nail olmalıyıq: “Bunun üçün müvafiq qanunlar qəbul edilməlidir. Baxın, bir neçə türk məktəbi bağlandı. Hətta deputatlar belə təşvişə düşdülər ki, ölkədə onlara alternativ olacaq keyfiyyətli məktəblər yoxdur. Deməli, islahat aparılmalıdır ki, biz universitetlər üçün yüksək səviyyədə şagirdlər hazırlayaq”.

A. Mollazadə əlavə edib ki, turizm sahəsində inkişaf gedir, möhtəşəm mehmanxanalar və yeni xidmət sahələri açılır. Lakin bu sahələrdə işləyəcək mütəxəssis yoxdur. Onun sözlərinə görə, bu mütəxəssisləri hazırlayan peşə məktəbləri də azdır: “Azərbaycanda şagirdlərin yalnız 25 faizi universitetlərə gedir. Bəs qalanları necə olur? Çox istərdim ki, biz peşə təhsilinə müvafiq maliyyə ayıraq və bu ünvanlı maliyyə olsun”.

Simsar.az







7 Noyabr, 2014  11:43 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner