Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Son bir ayda 1954 işçi hüquqlarının pozulması aşkarlandı – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin oktyabrında iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə ümumilikdə 1954 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, aşkar edilən hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,7 faizi (150398 manat) dövlət büdcəsinə ödənilib. Bu göstərici ötən ilin oktyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 19,5 dəfə çoxdur.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsində məqsəd işçi vətəndaşların əmək qanunvericiliyindən irəli gələn hüquqlarının, habelə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına münasibətdə işəgötürənlərin məsuliyyətinin artırılmasıdır.

Simsar.az

 

 






7 Noyabr, 2014  10:50 Baxılıb: 678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner