Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ustad dərsləri” keçirildi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni dərs ilindən təşkil edilən “Ustad dərsləri” layihəsi çərçivəsində Gürcüstan Dövlət İlia Universitetinin İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru, professor Levan Xetaquri ustad dərsi verib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, teatrşünas, rejissor, aktyorluq fakultəsində təhsil alan tələbələr üçün "Müasir teatr və özünü ifadə üçün yeni dil" mövzusunda təşkil edilmiş ustad dərsi maraqla qarşılanıb. Professor çıxışında mərhələli şəkildə teatrın yaranması, tarixi, XX əsrdə teatr, yeni aktyorların hazırlanması, teatrın müxtəlif cərəyanlarda keçdiyi inkişaf yolu, onun müxtəlif formalarından, müasir rejissorların yetişməsi haqda ətraflı söhbət açıb.

Xatırladaq ki, “Ustad dərsləri” layihəsində ilk məşğələ sentyabr ayında, İngiltərədə yaşayan həmvətənimiz, caz ifaçısı Səbinə Hacıyeva ilə olub. Növbəti "Ustad dərs"ləri noyabrın 6-da ABŞ-ın Beynəlxalq Teatr İnstitutunun Treninq və Təhsil Komitəsinin vitse-prezidenti Piter Qoldfard, İspaniyanın Barselona Teatr İnstitutunun professoru Boris Daussa-Pastor, noyabrın 7-də isə Böyük Britaniyanın tanınmış teatr rejissoru, yazıçı və bəstəkar Patrik Kunen tərəfindən keçiriləcək.

 

Aysel

 






7 Noyabr, 2014  10:46 Baxılıb: 591 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner