Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İran türkiyəlilərə yanacaq satmayacaq – QƏRAR

Bu aydan başlayaraq İran Türkiyəyə məxsus yük maşınlarına öz ölkəsi daxilində yanacaq satışına qadağa qoyub.

Simsar.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, İranın quru tranzit və sərhəd-keçid məntəqələrinin baş direktoru Məhəmməd Cavad Atrçian deyib ki, buna 2 ölkə arasında yanacağın qiymətində olan fərqə görə yaranan problem səbəb olub: “Biz Türkiyəyə bir çox təkliflər verdik. Bundan sonra Türkiyədən gələn və tranzit ölkə kimi İranı seçən yük maşınlarına bu ərazilərdə yanacaq satılmasına icazə verilməyəcək. Türkiyənin yük maşınları İrana daxil olanda sərhəd-keçid məntəqələrində onların yanacaq çənləri möhürlənəcək”.

Qanunun noyabrın sonlarından qüvvəyə minəcəyini deyən Artçian qeyd edib ki, ölkə daxilində onların yanacaq almalarına imkan verilməyəcək.

Qeyd edək ki, Türkiyə İrandan gələn hər bir yük maşını üçün “torpaqbasdı” olaraq 100 kilometrə 50 avro rüsum alır və həmin maşınlara ölkə ərazisində yanacaq satılmasına da icazə vermir.

İran da Türkiyənin yük maşınlarından 100 kilometrə 50 avro rüsum alsa da, onların yanacaq almasına icazə verirdi.

Vüsal Qarayev







7 Noyabr, 2014  10:41 Baxılıb: 802 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner