Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Bu cəzaçəkmə müəssisəsi standartlara cavab vermir” - Ombudsman Aparatı

“Qadın məhkumlar üçün hazırkı cəzaçəkmə müəssisəsi SSRİ dövründən qalıb və müasir standartlara cavab vermir”.

Bunu Simsar.az-a açıqlamasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib.

O bildirib ki, təcridxananın yerini yaşayış binalarının arasından asanlıqla müəyyənləşdirmək olur. Bu isə təhlükəsizlik normalarına ziddir.

V. Məhərrəmov qeyd edib ki, hazırda cəzaçəkmə müəssisəsində  350-yə yaxın qadın məhkum var:

“Bakı İstintaq Təcridxanasında isə barələrində məhkəmə hökmü qanuni qüvvəyə minməyən 40-50 nəfər qadın saxlanılır”.

V. Məhərrəmovun sözlərinə görə, artıq qərar verilib və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsi 2015-ci ildən Kürdəxanıda inşa edilməkdə olan yeni məkana köçürüləcək. O bildirib ki, buradakı müəssisə 400-500 məhkum üçün nəzərdə tutulub.

O əlavə edib ki, hazırda “Yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsi”ndə 38 uşaq cəza çəkir: “Bakı İstintaq Təcridxanasının azyaşlı məhkumlara məxsus korpusunda isə 28 uşaq istintaq altındadır. Kürdəxanı qəsəbəsində qadın məhkumlar üçün inşa olunan təcridaxnanın bir hissəsində azyaşlı məhkumlar üçün əlavə korpus tikilir. Cəzaçəkmə müəsssisəinin yeni binası istifadəyə verildikdən sonra azyaşlı məhkumların həmin müəssisəyə köçürülməsi nəzərdə tutulub.

 

Aysel Kərimova

 






7 Noyabr, 2014  10:11 Baxılıb: 1073 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner