Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Piyada keçidini bağlatdırıb üstündə bina tikdirirlər - VİDEO

Yasamal rayonu, Füzuli küçəsi, 248-ci məhəllədə "Qış bulvarı"na yeraltı piyada keçidinin çıxışı üzərində 5 mərtəbəli bina tikilir. Piyada keçidindən istifadə edə bilməyən sakinlər aktual.az-a bununla bağlı şikayət edib. Saytın müxbiri ərazidə çəkiliş aparıb. Məlum olub ki, tikinti "Qutan" MMC-nin sifarişi ilə "Alpina-A" MMC tərəfindən həyata keçirilir. Vətəndaşların sözlərinə görə, tikinti başlayandan yeraltı piyada keçidinin çıxışı bağlanıb. Bununla da insanlar hər gün bu yoldan keçərkən həyatlarını təhlükəyə atmalı olurlar. Sakinlərin bildirdiyinə görə, ən müasir standartlara uyğun olan piyada keçidi təzə inşa edilmişdi, onun tikintisinə ciddi xərc qoyulmuşdu.

Yasamal Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı, Bakı Şəhər İcra hakimiyəti ilə əlaqə saxlamağı tövsiyə ediblər. Bakı Şəhər İcra Hakmiyətinin Tikintiyə Nəzarət şöbəsindən Azər Əhmədov tikinti şirkəti haqqında məlumatları qeyd edərək deyib ki, məsələ araşdırılacaq: "Yasamal rayonu üzrə kuratorları bu barədə məlumatlandıracam. Araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcək".

Mətbuatda “Alpina-A” şirkətinin gerçək sahibinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı olması yazılıb.






6 Noyabr, 2014  17:53 Baxılıb: 756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner