Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Separatçıların Rusiyada "KVN"də iştirakının qarşısı alınır - RƏSMİ

Azərbaycanın Rusiyadakı səfirliyinə separatçı Dağlıq Qarabağ regionunun komandasının beynəlxalq festivalda mümkün iştirakının qarşısını almaq tapşırılıb.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyinə separatçı Dağlıq Qarabağ regionu yığmasının Şən Hazırcavablar Klubu (KVN) komandalarının “KiViN-2015” beynəlxalq festivalında ayrıca komanda kimi mümkün iştirakı məsələsini öyrənmək və informasiyanın təsdiqləniyi halda lazımi tədbirlər görmək tapşırılıb”.

Ermənistan KİV separatçı rejimin komandasının gələn ilin yanvarında Soçidə keçiriləcək ŞHK komandalarının “KiViN-2015” beynəlxalq festivalında ayrıca komanda kimi iştirak etmək üçün dəvət edildiyi barədə məlumat yayıb. Beynəlxalq KVN İttifaqının rəsmi saytında qeyd olunur ki, yığma artıq festivalda iştirak etmək üçün qeydiyyatdan keçib.

H.Hacıyev deyib ki, Ermənistan belə əsassız addımlar atmaqla təxribat fəaliyyəti həyata keçirir: "Ermənistan tərəfi belə mənasız işlərlə məşğul olmaqdansa münaqişənin həllində daha konstruktiv mövqe tutmalıdır”.






6 Noyabr, 2014  17:22 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner