Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsa Qəmbərə təklif edilib - Pənah Hüseyn

“İsa Qəmbər Nizamnaməyə uyğun olaraq Müsavat Partiyasının başqanlığından gedib, amma  Azərbaycan siyasətindən getməyib. Onun Müsavat Partiyasının siyasətinin müəyyən olunmasında şübhəsiz ki, rolu, təsiri qalır".

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin deyib.

P. Hüseyn bildirib ki, İ. Qəmbər başqanlıqdan getdikdən sonra bəzi siyasi partiyaların rəhbərləri ona müəyyən təkliflər ediblər: “Bir sıra partiyalar İsa Qəmbərə Avrointeqrasiya Hərəkatına başladılması və bu Hərəkata liderlik etməsini təklif etmişdilər. Ümumiyyətlə, Əbülfəz Elçibəydən sonra müxalifətin lider problemi yaranmışdı və bu rol xeyli dərəcədə İsa Qəmbərin üzərinə düşürdü. Biz hazırda siyasi proseslərin müəyyən siyasi platformaların ətrafında cərəyan etməsi dövrünə daxil olmuşuq, amma burada lider problemi hələ uzun müddət, bəlkə də daim aktuallığını saxlayacaq. Məncə, İsa Qəmbər bu mənada önəmli rollardan birini oynayacaq”.

P. Hüseyn deyib ki, hazırda Müsavat Partiyası “keçid dövrü problemləri” yaşayır: “Ayrı-ayrı şəxslərin partiyadan ayrılması əlbəttə, arzu edilən hal deyil. Ancaq konkret şəxsin timsalında desək, Nəsib Nəsibli Müsavat Partiyasından gedib, müsavatçılıqdan getməyib”.






6 Noyabr, 2014  16:28 Baxılıb: 695 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner