Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Gürcüstanın sabiq müdafiə naziri xəyanətkardır - İTTİHAM

Gürcüstanın baş naziri İrakli Qaribaşvili müdafiə naziri vəzifəsindən uzaqlaşdırılan İrakli Alasaniya və istefa verən nazirləri sərt ifadələrlə tənqid atəşinə tutub.

Simsar.az-ın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi xəbərə görə, İ. Qaribaşvili hökumətin iclasında istefa verən nazirlər Maya Pancikidze və Aleksi Petriaşvilini xəyanətkar adlandırıb və cəmiyyətə Alasaniya haqda çoxlu sürprizlər vəd edib. “Alasaniyanın əməlləri təbii ki, 2012-ci ildəki qələbəmizə xəyanət və gürcü xalqını növbəti dəfə aldatmaq cəhdidir. O, dəfələrlə belə hərəkətlər edib, cəmiyyətimiz gələcəkdə bunu biləcək və bir çox sürprizlərə şahid olacaq”, - deyə hökumət başçısı söyləyib.

İ. Qaribaşvili İ. Alasaniyanı avantürist, axmaq və ambisiyalı şəxs adlandıraraq onun komandasının üzvlərinin addımlarının anti-dövlət xarakterli olduğunu vurğulayıb: “Bunlar təbii ki, ölkəmizə qarşı atılan addımlardır. Biz Alasaniya və bu tip avantüristlərdən qorxmuruq, biz sakitcə bu əngəli aşacağıq. Sevindiricidir ki, xəyanətkarlar bizim komandadan getdilər, bu, həm bizim üçün, həm də ölkə üçün müsbət hadisədir”.








6 Noyabr, 2014  14:35 Baxılıb: 762 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner