Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Deputatın obyektini sökürlər

Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucova məxsus olduğu bildirilən obyekt sökülür.

Modern.az saytının məlumatına görə, sökülən çoxmərtəbəli bina metronun “Koroğlu” stansiyasının yaxınlığında, Ziya Bünyadov prospektində yerləşir.

Saytın hadisə yerində olan əməkdaşına bildirilib ki, çoxmərtəbəli binanın sökülməsi burada yeraltı tunel və yol qovşağının inşası ilə bağlıdır.

Qeyd edək ki, sözügedən binada “İndesit”, “İspaniolla” və daha bir neçə xarici firmanın Azərbaycandakı distryübüter şirkəti, məişət avadanlıqları, mebel və digər mağazalar şəbəkəs yerləşirdi.

Yeri gəlmişkən, sökülən obyekt iki il öncə yüksək səviyyədə təmir olunmuşdu.

Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilib. O, uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb. 2003-cü ilin mayında A.Orucov həmin vəzifədən çıxarılıb.







6 Noyabr, 2014  14:10 Baxılıb: 690 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner