Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Sığortalanmayan işçilərlə bağlı inzibati tədbirlər görüləcək” - Fuad Əlizadə

“Hər hansı işəgötürən işçiləriylə icbarı sığorta sənədi imzalamayıbsa biz dərhal onları qanunvericiliyin müvafiq maddəsinə uyğun cəriməliyirik”.

Simsar.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

O bildirib ki, 2013-cü ilin dekabrında 3 sığorta şirkəti ilə tərəfdaşlıq sazişi imzalanıb: “Mütəmadi olaraq məlumatlar bizə ötürülür. Əlimizdə olan son məlumata görə, ölkə bazarında 78% işçilər sığortlanıb. Sığortalanmayan işçilərlə bağlı profilaktik və inzibati yollarla tədbirlər aparırıq. Düşünürəm ki, növbəti ilin ilk 6 aylığında sığorta bazarında artıq bu göstərici tam əhatə olunacaq”.

Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Milli Strategiyada işə götürənlərin risk qrupuna bölünməsinə münasibət bildirən F. Əlizadə deyib ki, bu proses yoxlamaların intensivliyinə təsir edəcək: “Yüksək risk qrupuna aid olan müəssisələrdə həm dövlət nəzarətinin intensivliyi artırılacaq həm də ictimai nəzarət gücləndiriləcək. Artıq Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Milli Strategiya Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki tezliklə onun tətbiqinə başlanılacaq”.

Aysel Kərimova







6 Noyabr, 2014  12:44 Baxılıb: 1085 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner