Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Mütəxəssilər müasir tələblərə uyğunlaşdırılmalıdır” - Vüqar Həsənov

“Ölkəmizin iqtisadi inkişafı üçün mühüm amillərdən biri də müasir tələblərə uyğun ixtisaslı kadrların hazırlanması, eyni zamanda əməyin mühafizəsi mütəxəssilərinin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasıdır”.

Simsar. az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin Vüqar Həsənov deyib.

Onun sözlərinə görə, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycanın əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kursları mütəxəssilərin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasına beynəlxalq təcrübə əsasında daim yeniləşən və təkmilləşən hüquqi normativ sənəd və aktların mahiyyətinin onlara öyrədilməsinə, nəzəri biliklərin təcrübədə tətbiqi yollarının onlar tərəfindən mənimsənilərək iş yerlərində lazimi şəkildə tətbiqinə xidmət edəcək.

Əməyin mühafizəsi sisteminin yüksək şəkildə təşkili yalnız işçilərin həyat və sağlamlığı üçün deyil, müəssisənin iqtisadi mənafelərinin təmin olunması, məhsuldarlıq səviyyəsininartırılması üüçn xüsusi önəm kəsb edir. Ona görə də yeni tədris kurslarında müvafiq sahədə işləyən kadrların ixtisasının təkmilləşdirilməsi ümumən iqtisadiyyatın dinamik inkişafı üçün önəmlidir “.

Aysel Kərimova







6 Noyabr, 2014  12:22 Baxılıb: 652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner