Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlikdən yenilik

Azərbaycanda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti və Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi tərəfindən müəssisə, idarə və təşkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycanın əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kursları keçiriləcək.

Simsar.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kursların keçirilməsinə bu il noyabrın 10-dan sonra başlanacaq. Kurslarda mütəxəssislərə əmək qanunvericiliyinə, əməyin mühafizəsinə dair elmi-praktiki bilgilər veriləcək, onların peşəkarlıq səviyyələri artırılacaq. Təlimin sonunda aparılmış müsahibənin nəticələrinə uyğun olaraq, iştirakçılara müvafiq sertifikatlar veriləcək.

F.Əlizadə bildirib ki, Əmək Məcəlləsinə əsasən, müəssisə rəhbərləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və onun bu sahədə biliyi yoxlanılmalıdır. Həmin tələbə əməl etməyən və ixtisasartırma kurslarında təlim keçməyən vəzifəli şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 257.07-ci maddəsinə uyğun olaraq, inzibati cərimələr tətbiq ediləcək.






6 Noyabr, 2014  12:13 Baxılıb: 575 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner