Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Obamanın xalqa yanımlılığı ABŞ elitasını qane etmədi” – Vəfa Quluzadə

“Barak Obamanın ABŞ-dakı son seçkilərdə məğlubiyyətinə səbəb onun xalq üçün nəsə etmək istəməsidir”.

Bunu Simsar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

Politoloq bildirib ki, Obama sadə insanlar üçün imtiyazlar həyata keçirməklə, yenilik həyata keçirtmək niyyətində olub və bunu da qismən həyata keçirib: “ABŞ isə varlıların cəmiyyətidir. Varlıları kasıbların səhiyyədən normal istifadə edib-etməməsi narahat etmir. Obamaya qədər 40 faiz amerikalı tibbidən yararlana bilmirdi. Obama isə kasıbların tibbə əlçatanlığını təmin etdi. Bu isə digərlərinin xoşuna gəlmədi. Obamanın xalqın xeyrinə apardığı siyasət ABŞ elitasını qane etmədi”.

V. Quluzadənin fikrincə, Obamanın cəmiyyətdə sevilməməsinin digər səbəbi isə onun qaradərili olmasıdır: “Reallıq budur ki, Obamanın “ağlar” arasında nüfuz sahibi ola bilmədi”.

Onun sözlərinə görə, son seçkilərdə Respublikaçılar Partiyasının  qalib gəlməsi, hətta onların gələcəkdə yenidən hakimiyyətə gəlməsi belə, ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklərə səbəb olmayacaq:

“İstər respublikaçılar, istərsə də demokratlar, ABŞ-ın siyasətində heç bir dəyişiklik olmayacaq. Müəyyən təsirlər ola bilər, amma bu güclü ola bilməz. Hesab etmirəm ki, respublikaçılar Obamanın İranla və ya başqa regionlarla apardığı mülayim siyasəti sərtləşdirsin. Çünki, onlar yaxşı bilirlər ki, Obama balanslı siyasət aparır. Bu gün də ABŞ-a belə lazımdır”.

Vüsal Qarayev

 






6 Noyabr, 2014  12:11 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner