Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hüseyn Cavidin “İblis” i Türkiyə səhnəsində- İLK DƏFƏ

Simsar.az xəbər verir ki, İstanbul Şəhər Teatrlarının Bədii Şurasında səhnələşirlməsi üçün səsə qoyulan  Hüseyn Cavidin “İblis” əsəri səs çoxluğu ilə qəbul olunub.

Simsar.az-a açıqlamasında Məlahət Abbasova  bu tarixi günü uzun illərdir gözlədiyini bildirib: “Bu gün mənim uzun illərdən bəri xəyalını qurduğum bir gün idi. Çox şükürlər olsun, bu arzum da həyata keçdi. Böyük Cavidin “İblis” əsəri  iki gün əvvəl nəhayət ki, Türkiyənin ən böyük teatrında səhnəyə qoyulmaq üçün, Bədii Şuradan keçdi. Bu doğurdan da tarixi bir hadisədir. Bir neçə ay əvvəl Hüseyn Cavidin təhsil aldığı İstanbul Universitetində Əli Həsənovun,  Sona  Vəliyevanın və Baş konsulluğun təşəbbüsü ilə Cavidlə bağlı tədbir keçirildi. Mən də bu tədirdə iştirak etdim. O zaman Sona xanımla bu barədə söhbətimiz oldu. Öyrəndim ki, bu əsərin Türkiyədə səhnəyə qoyulması onlarında böyük arzusudur. Bəlkə də o zamanlar onun heç ağlına da gəlməzdi ki, bir vaxt gələcək onun əsəri heyranı olduğu Türkiyədə, təhsilini aldığı İstanbulda səhnəyə qoyulacaq. Mən bilirəm ki, indi Hüseyn Cavidin ruhu çox şaddır”.

Məlahət Abbasova əsərin müəyyən hazırlıqlar həyata keçirləndən sonra səhnəyə qoyulma tarixinin bəlli olacağını deyib.

Günel






6 Noyabr, 2014  11:17 Baxılıb: 1330 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner