Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elektron dərslik portalından istifadə edənlərin sayı artır

Azərbaycan təhsil tarixində ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib.

Simsar.az-ın xəbərinə görə, bu gün keçriilən mətbuat konfransında Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bildirib ki, bu portal bir aya yaxındır istifadə olunur.

Hazırda ilkin olaraq yalnız VI sinif dərsliklərinin bu portalda yerləşdirildiyini deyən sektor müdiri qeyd edib ki, ilin sonuna kimi VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portala yerləşdiriləcək: “Portal bizə imkan verir ki, müxtəlif dərsliklərə olan marağı öyrənə bilək. Bir ay ərzində istifadə olunan dərsliklərə əsasən deyə bilərik ki, “Azərbaycan dili” və “Riyaziyyat” fənni dərsliklər daha çox istifadə olunan dərsliklər arasındadır. Bundan əlavə, “Biologiya”, “Azərbaycan tarixi”, “İngilis dili” dərslikləri də fəal istifadə olunur. Bu günə qədər portaldan 5 mindən çox insan yararlanıb. Bunların yarısından çoxu Bakıda yaşayanlardır”.






6 Noyabr, 2014  11:42 Baxılıb: 620 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner