Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Köçkünlərin ümid yerindən QARANLIQ açıqlama – “Qaçqınkom”dan reaksiya

Bakının Xətai rayoununun Əhmədli qəsəbəsində yerləşən 188, 186 və 88 saylı uşaq bağçalarında məskunlaşan məcburi köçkünlərin şikayətinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən reaksiya gəlib.

Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Simsar.az-a bildirib ki, bu günə qədər bir sıra bağçalardan məskunlaşan məcburi köçkünlər mənzillərlə təmin olunublar.

E. Qədimov deyib ki, evlərlə təmin olunmasına ehtiyac yaranan və bağçalarda məskunlaşan digər məcburi köçkünlərin bu problemlərinin həllinin nə zaman reallaşacağı haqda isə indidən məlumat verə bilməyəcək: “Mən bununla bağlı əvvəlcədən dəqiq vaxt deyə bilmərəm”.

Xatırladaq ki, Xətai rayoununun Əhmədli qəsəbəsində yerləşən 188, 186 və 88 saylı uşaq bağçalarından Simsar.az-a daxil olan şikayət əsasında adıçəkilən ərazidə reportaj hazırlayan əməkdaşımız dəhşətli görüntülərin şahidi olub.

Şikayətçilər aidiyyatı qurumlar tərəfindən dəfələrlə köçürüləcəkləri barədə məcburi köçkünlərə vəd verilsə də, sonradan onlar aldandıqlarını başa düşüb, həmin uçuq-sökük mənzilərdə yaşamlarını davam etdirirlər.

Qeyd olunan reportajı buradan oxuya bilərsiniz:

http://simsar.az/news/a-60803.html

Aysel Kərimova






6 Noyabr, 2014  11:32 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner