Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Obamanın qara qaşı, gözü də işə yaramadı – ABŞ-da “DEMOKRATİYA” uduzdu

Ötən gün ABŞ-dakı seçkilər Respublikaçılar Partiyasının qələbəsi ilə nəticələndi. Bu nəticələr onu göstərdi ki, Demokratlar Partiyası  amerikalıların etmadını doğrulda bilmədi.

Nümayəndələr Palatasından sonra Senatı da itirən demokratlar məğlubiyyətin səbəbini Ağ evdə,  daha dəqiqi desək Obamanın yürütdüyü siyasətdə gördüklərini dedilər. Obama isə Konqresi itirmiş və bir daha seçilmə şansı olmayan prezident olaraq, qarşıdakı 2 hakimiyyət ilində də “qanadı qırılmış quşa” döndü.

Respublikaçılar nə əldə etdilər

Nümayəndələr Palatasını və Senatı ələ keçirən respublikaçılar qələbə qazandıqları ştatlarının sırasına 3-nü də əlavə etdilər. Respublikaçılar Kolorado, Lova, Montana, Cənubi Dakota, Arkansas, Qərbi Vircinia və Şimali Korolinanı da alıb, kritik vəziyyətdə olan Kanzası da qoruya bildilər. Əgər respublikaçılar Alyaska və Luiziana ştatlarında da növbəti turda uğur qazansalar, Senatda 54 yerə sahib olacaqlar.

Səbəb Obama

Keçirilən sorğulara görə demokratların məğlubiyyətinə səbəb Obamanın yürütdüyü siyasətdir. Çünki demokratların məğlub olan ştatlardakı namizədləri əvvəlki sorğularda qələbəyə yaxın idilər. Lakin Obamanın partiyası 30 ildə ilk dəfə olaraq Şimali Korolinada qubernator postu ilə yanaşı, senator seçimlərini də uduzdu.

Truman rekordu

Nümayəndələr Palatasının nəticələri də demokratlar üçün böyük bir məğlubiyyət oldu. 2012-ci il seçkilərində Konqresin 435 yerli aşağı palatasında 234 yer qazanan respublikaçılar, dünən bu sayı 8 nəfər artırıblar. Bununla da keçmiş respublikaçı lider Harri Truman zamanındakı (1945-1953) 245 yerlə ən üst səviyyəyə çatıblar.

Birlikdə çalışacağın

Seçkilərin sonunda respublikaçı liderlər və Obama bundan sonrakı müddətdə birlikdə çalışacaqlarından məmnun olduqlarını bildirdilər. Davranışından və danışıqlarından belə görünür ki, Obama bu məğlubiyyəti qəbul edib və yaxudda nəticənin belə olacağını gözləyirmiş.

Vüsal Qarayev







6 Noyabr, 2014  10:27 Baxılıb: 1010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner