Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda məktəb yanır - FOTO - YENİLƏNİB 2

Bakıda orta məktəbdə baş verən yanğın 12 kvadratmetr ərazini əhatə edib.

APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib. R. Xudiyev qeyd edib ki, yanğınla bağlı “101” xidmətinə 09.53-də məlumat daxil olub. 3 dəqiqədən sonra hadisə yerinə Bakı qarnizonunun qüvvə və 8 yanğınsöndürən maşını cəlb edilib. Yanğın 10.06-da söndürülüb.

R. Xudiyev həmçinin bildirib ki, yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 50 şagirdi təxliyə edib, digər şagirdlər və müəllimlər isə məktəbin digər əməkdaşları tərəfindən təxliyə olunublar.

Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

*** 10:44

Bakıda orta məktəbdə baş verən yanğın zamanı məktəblilər zəhərlənib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, Bakının "20-ci sahə" qəsəbəsində yerləşən 51 saylı tam orta məktəbdə baş verən yanğın zamanı 5 şagird tüstüdən yüngül zəhərlənib. Onlara yerində tibbi yardım göstərilib.

Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.

Yanğın söndürülüb.

*** 10:16

Bakıda məktəbdə yanğın başlayıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın rayonunun 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə qeydə alınıb.

Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.

Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.






6 Noyabr, 2014  11:13 Baxılıb: 842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner