Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Leyla Əliyevanın təşəbbüsü ilə “Yaşıl Marafon”a start verilib

Bu gün Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilib.

IDEA-dan Simsar.az-a verilən məlumata görə, marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.

Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabr ayında və mart ayının sonu - aprel ayının əvvəlində) əkilməsi və marafonun may ayının əvvəlində başa çatdırılması planlaşdırılır.

Sözügedən marafon IDEA İctimai Birliyinin internet səhifəsində (www.ideacampaign.az) mütəmadi olaraq işıqlandırılacaq və onun gedişi zamanı müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar həmin internet səhifəsində yerləşdiriləcək.

Layihədə Azərbaycan Respublikasının 76 rayon və şəhər icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.

IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən ölkəmizdə yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə xüsusi əhəmiyyət verib, bu sahədə bir sıra uğurlu layihələr həyata keçirib.







5 Noyabr, 2014  16:17 Baxılıb: 715 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner