Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Rəngkarlıq və heykəltaraşlıq” sərgisi açılır

Noyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Əmrulla İsrafilovun və heykəltəraş Sahib Quliyevin əsərlərindən ibarət “Rəngkarlıq və heykəltaraşlıq” sərgisinin açılışı olacaq.

Simsar.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxsləri, incəsənət xadimləri, iş adamları iştirak edəcəklər.

Sərgidə Ə.İsrafilovun 40 rəngkarlıq əsəri və S.Quliyevin 35 heykəltəraşlıq əsəri nümayiş etdiriləcək. Müəlliflərin müxtəlif illərdə yaratdıqları bu əsərlər onların yaradıcılığının əhəmiyyətli hissəsi ilə tanış olmaq imkanı verir.

Ə.İsrafilovun rəsmləri yerli və xarici sənət xiridarlarının şəxsi kolleksiyalarında və rəsm qalereyalarında saxlanılır. Rəssam Ə.İsrafilovun əsərləri Moskvada Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır. Onun əsərlərinin üslubu təkcə Azərbaycanın deyil, həm də xarici sənətşünasların diqqətini cəlb edir.

Heykəltəraş S.Quliyevin əsərləri milli və tarixi xüsusiyyətlərlə bərabər, incəsənətə müasir yanaşma əks etdirir. Onun işləri Azərbaycan Milli İncəsənət Muzeyində və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Xatırladaq ki, noyabrın 21-dək davam edəcək “Rəngkarlıq və heykəltəraşlıq” sərgisi saat 11:00-dan 17:00-dək sərgiyə gələnlərin üzünə açıq olacaq.

Sərgi Azərbaycan Rəssamlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Günel







5 Noyabr, 2014  15:52 Baxılıb: 1416 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner