Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət Xidmətində informasiya azadlığı üzrə məsul şəxs müəyyən olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci və 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiq edilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Xidmət üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya azadlığının təmin edilməsinin təşkili, informasiya əldə etmə haqqında sorğunun formaları, informasiya azadlığı üzrə məsul şəxsin sorğu edilən informasiyanı verməsi qaydaları, informasiya sorğusunun icra müddəti və digər məsələlər əksini tapıb.

Bundan başqa, əmrə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən olunub. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti kapitan Nurəddin Heydərov informasiya azadlığı üzrə məsul şəxs təyin edilib.







5 Noyabr, 2014  15:37 Baxılıb: 787 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner