Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Avropada Türkcə” - Beynəlxalq konfrans

Albaniyanın Tirana şəhərində “Avropada Türkcə” mövzusunda üçüncü Beynəlxalq elmi-parktiki konfrans keçirili.  Simsar.az xəbər verir ki, Konfrans Tirana “Beder” Universiteti tərəfindən təşkil olunub. Konfransda dünyanın 11 ölkəsindən (Türkiyə,  Azərbaycan, Albaniya, Almaniya, Macarıstan, Kosovo, Kıprıs Türk Cumhuriyyəti, Makedoniya, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğıstan) 105 tədqiqatçı-alim iştirak edib.

Konfransda Türk xalqlarının mədəniyyəti və tarixi, ədəbiyyat, dil və media bölümləri üzrə məruzələr dinlənilib. Azərbaycanı  bu  mötəbər tədbirdə AMEA-nın  Memarlıq və İncəsənət  İnstitutunun elmi katibi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimli “Qafqazda  və Balkanda  yaşayan  türk xalqlarının  mədəni  əlaqələri”  mövzusunda məruzə ilə təmsil edib.

Türkcə son zamanlar bir çox ölkələrdə həmçinin Avropada istifadə edilən və anlaşılan dilə çevirilmişdi. Müasir dövrdə bir çox qeyri-türk dövlətlərində türkcə tədris edilir və türkologiya sahəsində aparılan araşdırmalara geniş maraq göstərilir.

Bu gün Avropada 5 milliondan çox türksoylu xalqlar yaşayır. Türk dili bir xarici dil kimi geniş şəkildə burada öyrədilir. Avropada yaşayan digər millətlərin və etnik azlıqların türk mədəniyyətilə yaxından tanış olmasına və bu dildə yazılmış əsərləri yaxından öyrənmələrinə müsbət təsir göstərir.  Konfrans üç gün 18 bölmə üzrə öz işini davam etdirmişdir. Məruzələr türk və ingilis dillərində dinlənilib.

Günel

 

 






5 Noyabr, 2014  15:10 Baxılıb: 1313 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner