Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanın təhsil işçiləri Sarbonna Universitetində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri Parisin Sarbonna Universitetinin Abu Dabi (PSAD) filialında olublar.

Simsar.az-ın məlumatına görə, tədbirdə BŞTİ-nin müdir əvəzi Elnur Əliyev Azərbaycan təhsil sisteminə dair təqdimatla çıxış edib.

Çıxışı zamanı Elnur Əliyev Azərbaycanda təhsil sahəsində qazanılan uğurları, bu sahədə gedən inkişaf proseslərini, son illərdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən böyük işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından geniş bəhs edən Elnur Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətindən danışıb.

Azərbaycan təhsilinin son illər özünün yeni inkişaf dövrünə qədəm qoyduğunu bildirən Elnur Əliyev təhsil sahəsində həyata keçirilən islahat yönümlü tədbirlərdə ilk növbədə milli-mədəni dəyərlərin, tarixən yaranmış ənənələrin qorunduğunu deyib.

“Həyata keçirilən islahat yönümlü tədbirlərdə  qabaqcıl ölkələrin təhsil sistemlərinin müvafiq inkişaf istiqamətlərinin öyrənməyə və beynəlxalq təcrübədən yararlanmağı nəzərə alırıq”.

Səfər çərçivəsində ADEC (Abu Dhabi Education Council) nümayəndələri ilə müxtəlif mövzularda müzakirələr aparılıb və müəllim hazırlığı və məktəb idarəedicilərinin hazırlanmasında əməkdaşlıq məsələlərinə toxunulub.

Aysel Kərimova






5 Noyabr, 2014  13:53 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner