Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqla gözlənilən filmin nümayiş tarixi bəlli oldu

Çəkilişləri uğurla tamamlanan komediya filmi “Figüran”nın aktyor heyəti, təşkil edilən qonaqlıqda  bir araya gəldilər.

Simsar.az xəbər verir ki, “Bosphorus Film Makers” tərəfindən çəkilən film noyabr ayının 28-də nümayiş olunacaq. Sezonun ən çox güldürəcək filmi olduğu iddiasını  ortaya qoyan “Figüran”nın  komandası, həm əyləncəli keçən çəkilişlərin sona çatmasını qeyd ediblər, həm də yorğunluq çıxarıblar.

Aktyorlar sezonun ən iddialı filmlər arasında yer alacacaq olan “Figüran” filminin, izləyiciləri üçün inanılmaz surprizlər hazırlayıblar.  Filmin prodüsseri Aytəkin Mərd Simsar.az-a verdiyi açıqlamasında filmi izləyən və bileti ilə selfie çəkib www.figuranbenihollywoodagotur.com  adresinə göndərən üç şanslı tamaşaçını Hallivoda, dünyanın ən böyük studoları olan Universal Studiolarını gəzməyə göndərəcəklərini bildirib: “Kino tamaşaçıları üçün bu gözəl filmin yanında belə bir surpriz hazırlamaq istədik. “Figüran”ın izləyicisinə hələ başqa surprizləri də olacaq” .

Kino həvəskarları tərəfindən maraqla gözlənilən filmin mövzusu olduqca maraqlıdır:  Dünyanın ən fərasətsiz və ziyankar köməkçi aktyoru Mutlu, bənzərsiz bir ssenari yazdığına və baş rol oynayacaq qədər istedadlı aktyor olduğuna inanmaqdadır. Ola bildiyi qədər ziyankar, lakin  bir o qədər də səmimi hərəkətləri ilə çəkiliş meydanının altını üstünə çevirən Mutlu və çəkiliş meydanlarında işıqçı assenti olan ev yoldaşı Cempo, peşələrində  üstün mövqeyə sahib olmaq üçün öz ssenarilərini filmə çevirmək istəyirlər. Bu planlarını həyata keçirtmək üçün  Mutlunun köməkçi aktyorluq etdiyi serialın baş rol ifaçısı olan Pelin Şəfəqi, öz filmlərinə çəkmək üçün çabalamaqdadırlar. Mutlu və Cemponun bu aktrisanı filmə çəkilməyə razı salmaq çabaları sezonun ən gülməli və səmimi filminin ortaya çıxmasına səbəb olur.

“Figüran” nın ümid doli və gülməli hekayəsinin arxa planında serial və filmlərin kadrarxası dünyasının bilinməyən tərəfləri tamaşaçılara göstərilir.

Günel







5 Noyabr, 2014  13:10 Baxılıb: 901 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner