Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azad Rəhimovla saziş imzaladı - FOTOLAR

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, hər iki ölkənin naziri bir sıra mövzular ətrafında müzakirələr apararaq,  tərəflər arasında qarşılıqlı əməkdaşlığın vacibliyindən söz açıblar.

Azad Rəhimov deyib ki, Bakıda keçirilən Humanitar Forumda, Gənclər Siyasəti üzrə I  Qlobal Forumunda və digər beynəlxalq layihələrdə braziliyalı gənclər çox aktiv iştirak edib və onlarla səmərəli görüşlər keçirilib: “Azərbaycan bir sıra beynəlxalq layihələrə ev sahibliyi edən ölkədir. İstər idman, istərsə də gənclər sahəsində Braziliyalı gəncələri görmək bizim üçün xoşdur”.

Nazir eyni zamanda Braziliya ilə sıx əməkdaşlığa daim hazır olduğumuzu, bu münasibətlərin  gələcəkdə daha da inkişaf etdirilməsi üçün  geniş imkanların olduğunu diqqətə çatdırıb.

Braziliya Federativ Rüspublikasının idman naziri Aldo Rebelo Bakıda olmaqdan məmnunluq hissini dilə gətirib, bu şəhərin qədim ənənələrə malik olduğunu bildirib.

Aldo Rebelo isə deyib ki, Azərbaycanın idman sahəsində inkişaf etmiş ölkələr sırasındadır: “Son zamanlar Azərbaycanda dünya miqyasında idman yarışlarının təşkil edilməsi bu ölkənin dünyada idman sahəsində tutduğu yüksək mövqeyini göstərir. Biz idman sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə daim maraqlıyıq. Bildiyiniz kimi Braziliya 2016-cı ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın da ilk dəfə Avropa oyunlarına ev sahibliyi etdiyini nəzərə alsaq, demək ki, bizim maraqlı təcrübə mübadiləmiz ola bilər”.

Braziliyalı nazir eyni zamanda gələcəkdə hər iki ölkə arasında müxtəlif sahələrdə birgə tədbirlərin keçirilə biləcəyini də diqqətə çatdırıb.

Müzakirələrdən sonra hər iki ölkənin naziri ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalanıb.






5 Noyabr, 2014  13:05 Baxılıb: 698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner