Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıya qazla işləyən avtobuslar gətiriləcək – Rövnəq Abdullayev

“Gələn ilin birinci kvartalında “Baku Buss” qazla işləyən avtobuslar alacaq”.

Simsar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

O bildirib ki, bir neçə şirkətlə birlikdə “Azəriqaz” “CNC” stansiyalarının tikintisi layihəsinə başlayıb: “Birinci kvartalda ilk “CNC” satnsiyaları qurulacaq. Gələn il Bakı və ətraf rayonlarda 6 yeni stansiya tikiləcək. Bunun sayını hər il artırmağı düşünürük. Ümumilikdə Azərbaycanda 180 km-dən bir “CNC” satnsiyalar yerləşdirilməsi planlaşdırılır. Bunun ekoloji baxımından böyük üstünlükləri var. Bu sistem Gürcüstanda yaxşı effekt verib”.

R.Abdullayevin sözlərinə görə, “CNC” stansiyalarının sayının artırılması benzin istehsalına olan tələbatı xeyli azaldacaq: “Avtomobillər qazla işlədiyi zaman benzinə təlabat azalacaq. Bu bizə benzin ixracını çoxaltmağa şəait yaradacaq. Hazırda benzin ixracımız sıfıra bərabərdir. İstehsal etdiyimiz benzini yalnız ölkə daxilində sata bilirik”.

Hüseyn İbadlı







5 Noyabr, 2014  12:49 Baxılıb: 776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner