Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ana ölmü ilə bağlı cinayət işi başlandı – Baş Prokurorluq

Ananın doğuşdan sonra vəfat etməsi ilə əlaqədar cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, noyabrın 3-də Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərnişan Dəmir qızının Quba Rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsi ilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Z.Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olmuş və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq, ertəsi gün saat 15:50-də vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Simsar.az







5 Noyabr, 2014  12:22 Baxılıb: 692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner