Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

III Beynəlxalq Teatr Konfransı başladı - FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında III Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayıb.

Simsar.az xəbər verir ki, konfransda əvvəlcə 1-ci və 2-ci Beynəlxalq Teatr Konfransından olan kadrların yer aldığı video-çarx nümayiş olunub.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, konfransın keçirilməsi Azərbaycan dövlətinin teatra qayğı və diqqətinin göstəricisidir.

III Beynəlxalq Teatr Konfransının dünya teatr aləmində, eləcə də Azərbaycanın mədəni həyatında dəyərli bir hadisə olduğunun vurulayan nazir bu yeniliyin yaradıcı ictimaiyyət tərəfində maraqla izlənildiyini dilə gətirib: “Dövlətimizin mədəniyyət sahəsindəki məqsədi ölkələr xalqlar millətlər arasında körpülər qurmaq vəzifəsi müxtəlif dilə, irqə mənsub olan xalqları humanist fəlsəfə ətrafında birləşdirmək məzmunu daşıyır”.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla öz çıxışında bu teatr konfransının multikultral dəyərlər mövzusunda keçirilməsinin son dərəcə əhəmiyyətli və qanuna uyğun olduğunu bildirib.

Konfransda Beynəlxlaq Kukla Teatrı Asossasiyasının sədri  Jan Trida yenidən Azərbaycandan olmaqdan məmnunluq duyduğunu ifadə edib. O, Azərbaycan dövlətinin və xalqının teatr sənətinə olan hörmət və diqqətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Konfransda  teatr təqaüdünün beynəlmilədirilməsinin arzu edildiyi səsləndirilib və bu barədə müzakirələrin aparılacağı vurğulanıb.

Konfransın açılışında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər iştirak ediblər.

Günel






5 Noyabr, 2014  11:37 Baxılıb: 1104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner