Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qanunsuz ovlanmaya qarşı reydlər başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması, eləcə də ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 3 noyabr tarixində keçirilmiş reyd zamanı Qusar rayonunun Hil kəndi ərazisində Hil kənd sakini Marks Dövlətov ov edərkən saxlanılıb. Ondan 1 ədəd tüfəng götürülərək barəsində qanuna müvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.

Noyabrın 4-də keçirilmiş reydlər zamanı Bərdə və Qusar rayonları ərazisində ov edən naməlum şəxslər saxlanılıb, onlardan 2 ədəd tüfəng  və 18 ədəd patron götürülüb. Hər iki fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət olunub.

Eyni zamanda, keçirilmiş reydlər zamanı ov quşlarının satışının təşkil edildiyi də aşkarlanıb. Belə ki, Lənkəran rayonu Şirinsu kəndi ərazisində 1, Qumbaşı kəndi ərazisində 4, Masalllı rayonu avtomobil yolunun kənarında 3 nəfər  saxlanılaraq onlardan ümumilikdə 24 ədəd quş götürülüb və yandırılaraq məhv edilib. Qanun pozucuları barəsində müvafiq aktlar tərtib olunub, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün tərtib edilmiş sənədlər aidiyyəti rayon Polis Şöbələrinə göndərilib.

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.






5 Noyabr, 2014  11:44 Baxılıb: 586 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner