Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ünvanlı yardım alan ailələrin sayı 19,6 faiz azalıb” – NAZİR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Binəqədi rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) müasir iş şəraiti ilə təmin olunmuş yeni inzibati binasının açılışı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov davamlı makroiqtisadi tərəqqi tempinə malik ölkəmizdə prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhalinin sosial müdafiəsinin daim güclənməsinə səbəb olduğunu vurğulayıb.

Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının daha da  artmaqda olduğunu qeyd edən nazir bildirib ki, təkcə bu ilin ötən dövründə Prezident təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulanlar üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% artırılıb. Həmçinin Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləğində artım 21,6% təşkil edib. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 129,82 manatdan 137,67 manata yüksəlib.

S.Müslümov diqqətə çatdırıb ki, sosial cəhətdən həssas əhali qruplarına xidmət edən  rayon və şəhər ƏSMM-lərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir: “Respublikada sosial rifah səviyyəsinin yüksəlməsi ilə yanaşı, son vaxtlarda bu mərkəzlərdə əhaliyə xidmətin şəffaflaşdırılmasına, dövlət yardımlarının təyinatında ünvanlılıq prinsipinə riayət olunmasına nəzarətin gücləndirilməsi ünvanlı yardım təyin olunan ailələrin sayının 19,6 faiz azalmasına səbəb olub”.

O qeyd edib ki, hazırda 37 rayon (şəhər) ƏSMM üçün yeni inzibati binanın tikintisinə ehtiyac var və yaxın illər ərzində bu problemin həlli təmin olunacaq.

S.Müslümov eyni zamanda aparılan bu işlər zamanı nazirliyin eyni ərazi üzrə fəaliyyət göstərən qurumlarının bir məkanda yerləşməsinə də diqqət yetirildiyini qeyd edib.

Sonra tədbir iştirakçıları mərkəzin əməkdaşlarının normal fəaliyyəti, əhaliyə nümunəvi xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə baxılması üçün yaradılmış şəraitlə tanış olublar.

Nazir mərkəzin kollektivinə vətəndaşlara yüksək səviyyədə və şəffaf şəkildə xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə diqqət və məsuliyyətlə yanaşılması barədə tapşırıqlarını verib.

Məlumat üçün bildirək ki, Binəqədi rayon ƏSMM-nin yeni inzibati binası Bakı şəhəri, Binəqədi rayonu, S. Bəhlulzadə küçəsi 44 ünvanında yerləşir.

Simsar.az

 

 






5 Noyabr, 2014  11:32 Baxılıb: 630 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner