Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Nüvə Tədqiqatları Mərkəzinə ilk qadın rəhbər təyin edildi

İtaliyalı Fabiola Cianotti Avropa Nüvə Tədqiqatları Mərkəzinə (CERN) yeni rəhbər seçilib. Onun bu vəzifəyə təyinatı ilə bağlı qərar noyabrın 4-də mərkəzin İdarəetmə Şurası tərəfindən qəbul edilib.

Simsar.az xəbər verir ki, onun 2016-cı ildən vəzifə səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, tərkibinə Böyük Adron Kollayderinin (BAK) daxil olduğu nəhəng fiziki laboratoriyanın rəhbəri vəzifəsini ilk dəfə qadın tutacaq. CERN-ə 2009-cu ildən rəhbərlik edən Rolf Hoyeri əvəz edəcək italiyalı alim elmlər doktoru və məşhur pianoçudur.

2009-cu ildə F.Cianotti BAK-da aparılan dörd əsas sınaqlardan biri ATLAS-a başçılıq etməyə başlayıb. Tədqiqatda dünyanın 35 ölkəsinin 165 laboratoriyasının iki mindən çox alim və mühəndisi iştirak edib. Sınağın məqsədi Hiqqs bozonu və Standart Model hissəciklərinin supersimmetrik tərəfdaşları kimi çox ağır elementar hissəciklərin axtarışı olub.

1987-ci ildən CERN-də çalışan F.Cianotti BMT baş katibi yanında bu yaxınlarda yaradılan elmi məsələlər üzrə Məşvərətçi Şuranın üzvüdür. O, 2012-ci ildə “Time” jurnalının “İlin adamı” reytinqində birinci yeri tutub və 2013-cü ildə “Forbes” jurnalının versiyasına görə, dünyanın yüz ən nüfuzlu qadını siyahısına daxil olub.

Məlumat üçün bildirək ki, elementar hissəciklər fizikası sahəsində tədqiqatlarla məşğul olan dünyanın nəhəng təşkilatı 1954-cü ildə 12 iştirakçı ölkə tərəfindən təsis edilib. Hazırda “CERN”-də müxtəlif ölkələri təmsil edən 90 fizik çalışır.

Cenevrə yaxınlığında - İsveçrə və Fransa sərhədində yerləşən təşkilat iştirakçı dövlətlər tərəfindən maliyyələşdirilir. Əsas sponsorlar arasında Almaniya, Fransa və Böyük Britaniya yer alıb.

Avropa təşkilatının başlıca uğuru eksperimental hissəciklər fizikasının standart modelinin təsdiq olunması hesab edilir.

Belə ki, 2012-ci ildə Böyük Adron Kollayderində (BAK) - dünyanın nəhəng doldurulmuş hissəciklər sürətləndiricisində Hiqqs bozonunun mövcudluğu təsdiq olunub, 1970-ci ildə “CERN” elektron pozitron sürətləndiricisində zəif aralıq vektor bozonlar kəşf edilib.

Avropa laboratoriyası internetin yaradıcısı da hesab edilir: 1980-ci illərin sonunda “CERN”-də sınaq məlumatlarının emalı üçün britaniyalı alim Tim Berners-Li və niderlandlı Robert Kayo “World Wide Web” (WWW) internet texnologiyasını kəşf edib. Texnologiyaya hiperlinklər, məlumat bazası və sənədlərin redaktə edilməsi texnologiyası daxil olub, - "Lenta” yazır.

Vüsal Qarayev







5 Noyabr, 2014  11:08 Baxılıb: 768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner