Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Metropolitenində ciddi qanun pozuntuları

Maliyyə hesabatlarında qanun pozuntularına yol verildiyi müəyyənləşib

Ötən ilin iş planına uyğun olaraq Azərbaycan Hesablama Palatası Vergilər Nazirliyi ilə birgə Bakı Metropoliteni tərəfindən dövlət vergilərinin qanunvericiliyə uyğun hesablanması və dövlət büdcəsinə ödənilməsinin auditini aparıb. Palatadan «APA-ECONOMICS»ə verilən məlumata görə, fəaliyyət dövründə, xüsusilə son illər ərzində metro tikintisi və metropolitenin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu hesabına Bakı Metropoliteninin maddi-texniki bazasının genişləndirilməsi, həmçinin mərkəzi və lokal serverlərin qurulması vasitəsi ilə sərnişinlərin müxtəlif parametrlər üzrə uçotunun avtomatlaşdırılması, videomüşahidə sisteminin quraşdırılması və s. tədbirlərin icrası istiqamətində müvafiq işlər görülüb.

«Auditin əhatə etdiyi dövrdə Bakı Metropoliteni tərəfindən normativ-hüquqi aktların tələblərinə riayət edilməsi ilə yanaşı bir sıra nöqsan və çatışmazlıqlar da aşkar olunub. Belə ki, Vergi Məcəlləsinin tələblərinə riayət edilməyərək qeyri-rezidentlər tərəfindən ölkə ərazisində işlərin görülməsinin vergilərə cəlb olunmaması səbəbindən dövlət büdcəsinə hesablanmalı olan ƏDV üzrə 693,4 min manat, qeyri-rezidentin gəlirindən ödəmə mənbəyindən vergi üzrə 433,9 min manat, ümumilikdə isə 1 127,301 min manat məbləğində vergilərin azaldılması, həmçinin metro gedişi kartlarının satışından əldə olunan vəsaitlərin aylıq deyil, ilin son ayında ƏDV-yə cəlb edilməsi səbəbindən ƏDV-nin düzgün hesablanmaması, vergi uçotunda durmayan fiziki şəxslərlə müqavilələrin bağlanması, dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərin icrası zamanı göstərilən xidmətlərə görə əldə olunmuş vəsaitlərin bəyannamədə nəzərə alınmayaraq gəlirlərin azaldılması, vergitutma məqsədləri üçün Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxmalı olan xərclərin, o cümlədən əsasən əmək haqqı xərclərinin, xammal və materialların alınması xərclərinin, sair xərclərin və qeyri-maddi aktivlərə hesablanmış amortizasiya ayırmaları üzrə xərclərin artırılması, gəlirlərdən çıxarılmasına yol verilən xərclərin gəlirdən artıq olan hissəsinin 5 ildən çox davam edən sonrakı dövrə keçirilərək həmin illərin mənfəəti hesabına kompensasiya edilməsi halları müəyyən edilib», - deyə Hesablama Palatasından bildirilib.

Buna baxmayaraq, Bakı Metropoliteni tərəfindən azaldılmış vergi məbləğləri, həmçinin, tətbiq edilməli olan maliyyə sanksiyaları üzrə ümumilikdə 1 765,5 min manat məbləğində vəsaitin auditdən sonrakı dövrdə dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bundan başqa, işlərində yol verdikləri nöqsanlara görə Bakı Metropoliteninin İctimai-İaşə Kombinatının direktoruna, Tikilən Metropoliten Müdiriyyətinin rəisinə (eyni zamanda, Bakı Metropoliteninin rəis müavini) və baş mühasibinə töhmət, müqavilə münasibətləri şöbəsinin rəisinə və hüquq məsləhətçisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.






15 Aprel, 2011  17:52 Baxılıb: 1231 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner