Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda Neft-Qaz emalı və Neft-Kimya Kompleksi Forumu başladı - FOTOLAR

Bakıda II ARDNŞ Neft-Qaz emalı və Neft-Kimya Kompleksi (NQNK) Forumu keçirilir.

Simsar.az xəbər verir ki, 2 gün davam edəcək forumda “İri neft-qaz emalı və neft-kimya layihələrinin LST mərhələləri”, “Qaz-kimya sənayesi üzrə texnoloji nailiyyətlər və bazar tendensiyaları”, “Neft və qaz sahsi üzrə əsas avadanlıq, material və xidmətlər”, “NQNK layihələrinin maliyyə-hüquqi xüsusiyyətləri”, “İri layihələrin reallaşdırılmasında razılaşdırma, loqistik, torpaq, ekoloji və digər aspektlər” və “İrimiqyaslı layihələrdə yerli podradçıların təcrübəsi” mövzuları ilə bağlı müzakirələr aparılacaq.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev forumun açılış nitqində, SOCAR-ın dünyann neft-qaz siyasətində mühüm rol oynadığını deyib.

R.Abdullayev qeyd edib ki, hazırda NQNK layihəsinin təşəbbüskarları Layihələndirmə-Satınlama-Tkinti (LST) adlanan ikinci mərhələyə, yəni layihənin bilavasitə həyata keçirilməsi mərhələsinə başlayır: “Bu forum həm dünya, həm də yerli miqyasda şirkətlərə yüksək səviyyədə neft-qaz emalı və neft-kimya sahəsi üzrə təcrübə və texnologiyalarını təqdim etmək üçün unikal şərait yaradacaq.

Qeyd edək ki, NQNK layihəsinin birinci mərhələsində illik istehsal gücü 12 miyard kubmetr olan Qaz Emalı zavodunun və ildə ümumlikdə 860 min ton polimetr (yüksək sıxlıqlı və xətt aşağı sıxlıqlı Poloetilen və Polipopilen) istehsalını nəzərdə tutan qaz xammalı əsaslı Neft-Kimya zavodunun, o cümlədən kompleksin fasiləsiz istismarını təmin etmək məqsədi ilə İstilik Elektrik Mərkəzi daxil olmaqla, Mərkəzi Ümumzavod Təsərrüfatı blokunun tikintisi planlaşdırılır. Kompleks Bakı şəhərindən 60 kilometr məsafədə, Abşeron və Qaradağ rayonlarınnı sərhəddində olacaq. Kompleksin birinci mərhələsinə aid olan zavodların 2020-ci ildə istismara verilməsi nəzərdə tutulub.

Hüseyn İbadlı










5 Noyabr, 2014  09:53 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner