Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bərzaninin oğlu Türkiyəni şoka saldı

Ərdoğan hakimiyyətinin dost hesab etdiyi Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin oğlu Məsrur Bərzani Avropa Parlamentində çıxışı zaman Türkiyəni şoka salıb.

Simsar.az-ın məlumatına görə, peşmərgə ilə İŞİD arasında gedən döyüşlər barəsində danışan Bərzani bildirib ki, Qərbin terrorçu hesab etdiyi PKK-nı heç bir zaman terrorçu təşkilat hesab etməyiblər:

"Avropa Birliyinin terror siyahısında da PKK-nın adının olmasını dəstəkləmirik. Əvvəlcə prezident seçkiləri və girov böhranı var, deyirdilər. Bu səbəblə tam olaraq anlayışla qarşıladıq. Bütün bu zaman ərzində Türkiyəyə IŞİD-lə mübarizədə daha çox ümid bəsləyirdik və ümidimiz davam edir. Türkiyə qonşumuzdur, hərəkətə keçməsini və daha çox dəstək verməsini gözləyirik".

İŞİD-lə mübarizədə hava zərbələrinin yetərsiz olduğunu deyən oğul Bərzani kürdlərə lazımi kömək edilməməsindən şikayətlənib:

"İŞİD-lə azad dünya adına döyüşürük, lakin azad dünya bizi lazımi avadanlıqla təmin etmir. Bu terror təhdidinin sona çatması üçün və paytaxtlarına terror hücumları olmaması üçün kürdlərlə əl-ələ çalışmalısınız. İŞİD müasir silahlarla döyüşür. Peşmerge isə AK47 avtomatı ilə silahlanıb. Hava hücumları problemi həll etməz, quru əməliyyatlar lazımdır. İŞİD Bəşər Əsəd rejiminə kömək edir. Bəşər Əsəd rejimi bölgədə daha bir radikal təşkilatın yaranması ilə rahatladı. Ona görə radikal olmayan Suriya müxalifətinə dəstək verilməlidir".

Kürdlərin müstəqil dövlət olması barədə danışan Bərzaninin Avropa Parlamentində diplomatik məharətini göstərib: "Sizin üçün yaxşı olan kürdlər üçün də yaxşıdır".

Türkiyədəki kürdlərin hüquqlarını nəzərə alacaq çözüm müddətini dəstəklədiklərini deyən Məsrur Bərzani qeyd edib ki, proses sülh şəraitində həyata keçirilməlidir.






5 Noyabr, 2014  00:19 Baxılıb: 780 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner