Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Təcrübə-Sənaye Zavodu yenidən quruldu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Təcrübə-Sənaye Zavodunda yenidənqurma işləri aparılıb.

AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, AMEA prezidenti, akademik Akif Əlizadə görülən işlərlə yerində tanış olub. Bildirilib ki, zavodun inzibati binası və sexlərdə aparılan əsaslı təmir-tikinti işləri bu ilin iyun ayından başlayıb.

AMEA rəhbərinə zavodun inzibati binasında yaradılmış yeməkxana zalı haqqında da məlumat verilib. Qeyd olunub ki, eyni vaxtda yüz nəfərin istifadə edə biləcəyi yeməkxana zalı lazımı avadanlıqlarla təchiz olunub, zavod əməkdaşlarının sağlam qidalanması üçün hər cür şərait yaradılıb.

Sonra AMEA prezidenti A.Əlizadə akademiyanın brendi olan “Solidol”, “Niqrol” sürtgü yağları və digər məhsulların istehsal və qablaşdırma prosesi ilə tanış olub. Stendlərdə nümayiş olunan məhsullar haqında danışan akademik A.Əlizadə bu məhsulların elmimiz üçün ciddi bir uğur olduğunu vurğulayıb.

Sonda görülən işləri yüksək qiymətləndirən AMEA rəhbəri tapşırıq və tövsiyyələrini verib.

 

 

 






4 Noyabr, 2014  19:28 Baxılıb: 943 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner